Onda həyata nifrət etdim ki, 33 ilimin hədər getdiyini
və həyatımın puç olduğunu anladım.
Axar.az xəbər verir ki, bu sözləri 1999-cu ildə Mir Şahinin
"Təmiz söhbət" verlişində Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının
mərhum rəisi general-leytenant Ziya Yusifzadə söyləyib.
Müsahibə zamanı Azərbaycanın məşhur generalı KQB-dəki fəaliyyəti
dövründə o dönəmki vəziyyətlə bağlı çox önəmli fikirlərini bölüşüb.
General bildirib ki, siyasətdən kənar qalmasının əsas səbəbi
SSRİ-nin süqutunun ona çox böyük təsir bağışlaması olub.
Azərbaycanda uzun müddət Dövlət Təhlükəsizlik Komitəsinin sədri
kimi fəaliyyət göstərən mərhum general faktlarla Qarabağa dair bir
çox önəmli məqamların üstünü açıb. Qarabağın taleyi həll olunduğu
dönəmdə çox böyük risklər altına girərək Milli Təhlükəsizlik
nazirinə dəfələrlə müraciət edən general Azərbaycana ikili
münasibət bəsləyən bəzi şəxslərin komitədən uzaqlaşdırılması
istiqamətində tələblər irəli sürsə də, bu səylərinin nəticəsiz
qalmasından, hətta həmin ərəfədə Qorbaçovun Qarabağı çoxdan
ermənilərə verməsindən söz açıb.
Axar.az ötən gün dünyasını dəyişən mərhum generalın 16 il öncəki
müsahibəsindən ən maraqlı hissəni təqdim edir: