Yuxarı

Ermənilər xofda: Cəbhə əraziləri sürətlə boşalır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğal altında saxladığı ərazilər, xüsusən Ermənistanın şimal şərq bölgəsinin Tavuş və ətraf ərazilərinin sakinləri evlərini tərk edib. Voskepar, Barekamavan, Koti, Bağanis və Berdavan kəndləri artıq boşalıb.

Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, erməni mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, son günlərdə cəbhəboyu ərazilərdə yerləşən kəndlərin əhalisi evlərini sürətlə tərk edərək başqa bölgələrə, əsasən sərhədyanı ərazilərdən uzaq İrəvan, Abovyan və digər şəhərlərə öz qohumlarının, tanışlarının evlərinə köçürlər.

"Azad demokratlar" partiyasının sədr müavini Anuş Cedrakyan jurnalistələrə verdiyi müsahibəsində cəbhədəki son vəziyyəti qiymətləndirərkən vəziyyətin son dərəcə kəskin olduğunu bildirib:

"Hər gün atışma səslərindən vahiməyə düşən kənd sakinlərindən imkanı olanları artıq evlərini tərk edib. Digərlərinin isə böyük hissəsi qadınları və uşaqları kənddən çıxarıb. Voskepar, Barekamavan, Koti, Bağanis və Berdavan kəndləri artıq boşalıb. Ölənlərin ailələrinə yardım edilir, dəfn xərcləri yerli hökümət nümayəndələri tərəfindən qarşılanır".

Baş verənləri şərh edən Anuş Cedrakyan vəziyyətin bu həddə çatmasında hakimiyyəti və Rusiya faktorunu günahlandırır. O, bildirir ki, Ermənistan xarici siyasəti nəticəsində heç kim onları nəzərə almır, dövlətin var olub-olmaması heç kimi maraqlandırmır:

"Bizim diplomatik reytinqimizin azalması ona gətirib çıxarıb ki, sərhədlərimiz yalnız əsgərlərin həyatıyla qorunur. Halbuki dövlət sərhədləri beynəlxalq qanunlarla, müstəqillik və demokratiya vasitəsi ilə qorunmalıdır. Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınmır və orada insan itkisinə görə beynəlxalq təşkilatlar yalnız təəssuf hissi keçirirlər. Bu gün İrəvan-Moskva oyununun fiaskosudur ki, Qarabağa yerləşdirilən əhali İrəvana axışır. Bu isə iqdisadi tənəzzulun son mərhələsi olacaq. Ermənistan isə hələ də Moskvanın "İsgəndər" yalanları kimi digər şayiələrinin də gercəkləşəcəyini xəyal edir. Bu xəyallar isə millətin gözünü bağlamağa hesablanıb".

Qeyd edək ki, son günlər cəbhəboyu ərazilərdən ermənilərin köçməyə başlaması Ermənistan rəhbərliyinin ciddi narahatlığına səbəb olub. Ermənistan Prezidenti Serj Sarkisyanın bölgəyə səfər etməsi və Dilicanda məktəbin açılışına "təntənəli" don geyindirməsi belə, əhalini sakitləşdirməyib.

Tarix
2015.10.06 / 12:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla