Yuxarı

Sərxoş kişi intihar etmək üçün elektrik dirəyinə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin 50 yaşlı sakini Ayaz Hüseynov intihara cəhd edib.

"AzNews.az"un verdiyi xəbərə görə, A.Hüseynov intihar etmək üçün Ruzigar Qasımov küçəsindəki yüksək gərginlikli elektrik dirəyinə çıxıb. 40 metr yüksəklikdən özünü atmaq istəyən şəxsə əvvəlcə əraziyə toplaşanlar mane olmağa çalışıblar.

Daha sonra hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və DYMİ-nin əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə psixoloq söhbət etdikdən sonra onu fikrindən daşındırmaq mümkün olub. Elektrik dirəyindən düşməyə razı olan Ayaz Hüseynov polis bölməsinə aparılıb.

Ayaz Hüseynovun intihara cəhd etdiyi zaman sərxoş olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Ayaz Hüseynovun oğlu 26 yaşlı Rüstəm Hüseynov da bu il yanvarın 1-də özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib ("AzNews.az").

Tarix
2014.01.18 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla