Yuxarı

Hacıbəyovun musiqisi səsləndirildi, ermənilər dağılışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıbəyovun musiqisi səsləndirildi, ermənilər dağılışdı

İsveçdə yaşayan bir qrup radikal erməninin Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına və qarayaxma kampaniyasına dəstək aksiyası dahi bəstəkar Üzeyir Hacıbəyovun səsucaldan vasitəsilə səsləndirilən musiqisi ilə qarşılanıb.

Axar.az xəbər verir ki, ölkəmiz əleyhinə təxribatçı çıxışlar edən radikalların səsləri batırılıb. Bununla da ermənilərin aksiyası uğursuz başa çatıb.

Qeyd edək ki, İsveç polisi Azərbaycan səfirliyini radikal erməni nümayişçilərinin mümkün zorakılığından qorumaq üçün qabaqlayıcı tədbirlər görüb, onların diplomatik korpusa yaxınlaşmasının qarşısı alınıb.

Xatırladaq ki, Fransada erməni vandalları sentyabrın 18-də Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar.

Tarix
2022.09.24 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla