Yuxarı

Ərdoğan-Paşinyan görüşündən nə gözlənilir? – Ağar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan keçmişdəki proseslərdən də dərs çıxardaraq, ölkələrimizə aid bütün məsələlərlə bağlı birlikdə hərəkət edəcəklərini ifadə edib. Cənab Ərdoğan və Paşinyan arasında görüşdə də bu qərar ən yüksək formada özünü göstərəcək.

Bu sözləri Axar.az-a Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa Siyasi Topluluğunun Praqada keçiriləcək sammiti çərçivəsində keçiriləcək təkbətək görüşü haqqında danışan terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Ekspertin sözlərinə görə, Ermənistan Türkiyə və Azərbaycana qarşı olan əsassız iddialardan və təxribatlardan əl çəkməlidir:

“Görüşdə əsas məqsəd hər zaman problem qaynağı olan Ermənistanı bu dəfə həll mərhələsinə daxil etməkdir. 44 günlük Vətən müharibəsindən dərhal sonra Ərdoğan və İlham Əliyev ordusu məhv edilən Ermənistanı sülhə çağırdı. Ancaq keçən dövr ərzində Ermənistanın həzmsizliyi, vəkalət dövlətinə çevrilməsi, bir sıra ehtirasları, “böyük Ermənistan” kimi xəyalları bizə təkrar acılar yaşatdı. Eyni zamanda Azərbaycan Ordusunun təxribatlara haqlı cavablarına görə Ermənistan bizdən qat-qat çox itki verdi, acı yaşadı və yenə də bölgədə qeyri-sabitliyin mənbəyi kimi varlığını sürdürür. Nəticə olaraq biz sülh qurmaq və buraya Ermənistanı daxil etmək istəyirik. Buna dair yolların axtarışı davam edir. Cənab Ərdoğanın Paşinyanla görüşü də sözügedən prosesin bir hissəsidir. Hazırki məqamda görüşün nəticəsi ilə bağlı çox böyük ümidim yoxdur. Çünki Ermənistan təkbaşına qərar verə bilən dövlət deyil. Rusiya və Qərb arasında mütəmadi gərginlik yaşayır, arada sovrulur, bir tarazlıq formalaşdıraraq münasibətləri idarə edə bilmir. Digər tərəfdən rəsmi İrəvan Qarabağdakı separatçı rejimin yaşaması üçün cəhdlər edir, hərbi birləşmələrini ordan çıxarmır, rus sülhməramlıların orada olmasından faydalanır. Yəni ortada vəziyyətdən sui-istifadə edən bir Ermənistan var. İndi Ermənistan özü qərar verməli, haqsız iddialardan, özünü istifadə etdirməkdən, məktəblərdə Türkiyə və Azərbaycanı düşmən kimi göstərməkdən əl çəkməli, Azərbaycanın qələbəsini həzm etməli, sülh prosesinin bir parçasına çevrilməlidir. Əgər bunları yerinə yetirsə, Türkiyə və Azərbaycan sülhə çoxdan hazırdır. Çünki bizim Ermənistanın unitar quruluşuna, ərazi bütövlüyünə qarşı heç bir iddiamız yoxdur. Biz sadəcə sülh və sabitlik içərisində yaşamaq istəyirik. Ermənistan isə hələ ki, istəkli görünmür”.

Tarix
2022.10.06 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Erməni hərbçinin əl işarəsi şok etdi - Video

Sahibə Qafarova İsveçrəyə getdi

Sərnişinlər azərbaycanca salamlandı, qalmaqal yarandı

Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Xaçatryan

BTQ-dən Niderlanda cavab: Assimilyasiya siyasəti...

Erməni hərbçilər Azərbaycanla sərhədə göndərilir - Video

Paşinyan Bakıdan bunu istəmir, 3 ölkə isə əl çəkmir

Conson Lavrovdan yazdı: Yarıerməni, yalançı, "Ser Gey"…

Bakı heç kimə baş əymir, Tiflis də... - Mamaladze

Moskva Bakının bu töhfəsini heç vaxt unutmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla