Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
02:09
| Ana səhifə Gündəm |
|
İŞİD-in 20 nəfərlik qrupu Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaşı öldürmək üçün Türkiyəyə keçib.
Axar.az xəbər verir ki, bu barədə HDP rəsmilərinə PKK-nın Suriya qanadı PYD məlumat verib.
PYD Dəmirdaşı diqqətli olmağa çağırıb. Məsələnin ciddiliyinin fərqinə varan HDP rəsmi şəkildə Türkiyənin Daxili İşlər Nazirliyinə müraciət edib.
Sui-qəsd barədə məlumatı Dəmirdaş da təsdiqləyib:
"Təhlükəsizliyimizə ciddi fikir veririk. Məsələni rəsmi orqanlara bildirmişik".
|
Tarix
2015.10.15 / 10:05
|
Müəllif
İlham Sahiloğlu
|