Yuxarı

Azay Qulyev qazilər və şəhid ailələri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Qulyev qazilər və şəhid ailələri ilə görüşdü - Foto

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.

Azay Quliyevin Seçki Qərargahının mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, görüşü açan namizədin vəkili, Qarabağ qazisi Firudin Məmmədov əlverişsiz hava şəraitində mütəşəkkil qaydada A.Quliyevlə görüşə gəldikləri üçün iştirakçılara təşəkkürünü çatdırıb.

Tədbirdə çıxış edən deputatlığa namizəd Azay Quliyev Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu deyib: "Siz Azərbaycanın ən dəyərli və hörmətəlayiq vətəndaşlarısınız . Dövlətimiz tərəfindən sizin sosial rifahınız yaxşılaşması və ehtiyaclarınızın qarşılanması indiyə kimi böyük işlər görülübdür. Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq".

A.Quliyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırıb: "Neftin qiyməti iki dəfə azalanda erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Amma, gəlirlərimizin azalmasına baxmayaraq 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız".

Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev Azay Quliyevə bu təbəqədən olan insaları xüsusi diqqətdə saxladığı üçün təşəkkür etdi. O, bildirdi ki, Binəqədidə yaşayan müharibə veteranları, əlilləri və şəhid ailələri bu diqqəti yüksək qiymətləndirirlər. Bu görüşdəki izdiham da deyilənləri təsdiq edir.

Şəhid anası Kamilə Rəhmanlı şəhid ailələri adından danışıb və Azay Quliyevə seçkidə uğurlar arzulayaraq, xeyir-dua verib. Görüşdə veterenları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edənlər 01 noyabrda hamılıqla seçkilərə gələcəklərini və əminliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 17 oktyabrda saat 18.00-da Binəqədi rayonu, A.Kunanbayev küç, 64/11 ünvanında seçicilərlə görüşəcək.

Tarix
2015.10.16 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla