Yuxarı

Bakıya qarşı “Xankəndi oyunu”... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya qarşı “Xankəndi oyunu”... - Video

13:40

Əvvəla qeyd etmək istəyirəm ki, Xankəndidə son iki ildə bir neçə mitinq olub. Lakin son mitinq kənardan cəlbedilmələrə görə digərlərindən fərqlənir.

Bu sözləri Axar.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

Onun sözlərinə görə, Xankəndi mitinqinin əsas məqsədi Azərbaycana təzyiqdir:

“Əlbəttə ki, mitinqdə iştirak edən insanların əksəriyyəti Ermənistandan gətirilmişdi. Artıq Ruben Vardanyanın mitinqə insanları cəlb etmək üçün böyük maliyyə vəsaiti ayırdığı haqqında məlumatlar yayılır. Burada maraqlı məqam rəsmi İrəvanın Brüssel görüşlərindən öncə yox, məhz Soçi görüşündən öncə belə bir mitinqi təşkil etməsidir. Dünən eyni zamanda separatçı tör-töküntülərin bəyanatı da qəbul olundu. Baş verənlər sözügedən mitinqin vahid mərkəzdən və öncədən yazılmış ssenari ilə idarə olunduğunu göstərir. Yəqin ki, Qarabağ məsələsinin uzanmasında maraqlı olan bir sıra mərkəzlər də mitinqin Soçi görüşündən öncə keçirilməsində maraqlı olublar”.

Cavid Vəliyev Azərbaycanın Soçi görüşünün nəticəsinə görə, Xankəndi ilə bağlı addımlar atacağını vurğulayıb:

“Rəsmi Bakı dəfələrlə Brüsselin vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini və hazırda rus sülhməramlıların olduğu ərazilərimizdə özünün suverenlik hüququndan əsla imtina etməyəcəyini ən yüksək səviyyədə bəyan edib. Qarşıdan qış ayları gəlir və Qarabağdakı erməniləri elektrik enerjisi, qaz və su ilə yalnız Azərbaycan təmin edə bilər. Xankəndidə ölkəmizə qarşı oynanan mitinq oyunu və s. dövlətimizə də suverenliyimizin qorunması üçün müəyyən addımları atma hüququ verir. Azərbaycan da müstəqilliyimizin və suverenliyimizin qorunması üçün bütün addımları atma iradəsinə sahibdir”.

Tarix
2022.10.31 / 15:47
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla