Yuxarı

Pentaqondan Azərbaycanla bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pentaqondan Azərbaycanla bağlı açıqlama

Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ölkənin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydin Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşünə dair məlumatında bildirilib.

Qeyd olunub ki, tərəflər görüşdə regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə ediblər.

Xatırladaq ki, K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir.

Səfər zamanı nümayəndə heyətinin “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Tarix
2022.11.29 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla