"Azərbaycan demokratiyanın, stabilliyin və uğurlu xarici
siyasətin bariz nümunəsidir".
Axar.az-ın məlumatına görə, bu fikirləri Seçki-2015.az saytına
açıqlamasında İsrailin keçmiş xarici işlər naziri, Evimiz İsrail
Partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman deyib.
O bildirib ki, müəyyən dövlətlər bu uğurlu siyasət xəttini
görmək və qəbul etmək istəmirlər.
Onun sözlərinə görə, Azərbaycanda bütün huquqlar təmin olunub:
"Ölkənizə qarşı seçki qabağı təzyiq ikili standartlardan irəli
gəlir".
Aviqdor Liberman qeyd edib ki, İsrail dövləti də daim ikili
standartlarla üzləşir və bu baxımdan da Azərbaycanın vəziyyətini
yaxşı başa düşür:
"Hazırda bir çox dövlətlər Azərbaycana "başağrısı" yaratmaq
niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu
xarici siyasət xətti buna imkan verməyəcək. Çox yaxın zamanda
Azərbaycana gələcəyik".
İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda keçiriləcək
parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə
əminliyini bildirib.
O deyib ki, əhali parlament seçkilərində sərbəst seçimini edəcək
və bu seçkilərin nəticəsi Azərbaycanı tənqid edən bəzi qüvvələr
üçün yaxşı dərs olacaq.