Yuxarı

Sığorta şirkəti hansı şərtlə pul ayırmalıdır? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sığorta şirkəti hansı şərtlə pul ayırmalıdır? – Şərh

Sığorta şirkətləri müqavilə şərtlərini o qədər xırda hərflərlə qeyd edirlər ki, ilk anda nə yazıldığı nəzərə çarpmır.

Bunu Axar.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. O bildirib ki, avtomobil sığortasının iki növü -sürücünün üçüncü şəxslər qarşısında məsuliyyətinin icbari sığortası və kasko sığortası mövcuddur:

"Avtomobil sürücüsünün üçüncü şəxslər qarşısında məsuliyyətinin icbari sığortasını hər kəs etməlidir. Bəzən elə sürücülər var ki, üçüncü şəxs qarşısında məsuliyyətin sığortasında həm də onun avtomobilinə dəyən zərərin xərclərinin çəkilməsini istəyir. Bu, belə deyil. Bu zaman sığortadan şəxsin yalnız zərər vurduğu tərəf faydalana bilər. Tutaq ki, iki avtomobil qəza törədib. Qəzanın törədilməsinə səbəb sürücüdür. Deməli, səbəbkar artıq heç bir vəsait almayacaq. Yalnız ziyan çəkmiş tərəfə sığorta şirkəti zərəri ödəyəcək".

S.Məmmədov bildirib ki, kasko tipli sığortada isə avtomobilin müxtəlif qəza, oğurluq və s. problemlərdən sığortası nəzərdə tutulub:

"Bu sığortanın da müxtəlif növləri var. Kasko sığortada hər iki tərəfin xərclərini bəzən sığorta şirkəti öz üzərinə götürə bilər. Burada da qiymətlər dəyişir. Təcrübədə bununla bağlı çoxsaylı problemlər var. Əsas problem müqavilə şərtlərinin pozulmasıdır. Daha çox hər hansı qəza zamanı konfliktlər ortaya çıxır.

Müqavilə bağlayanda adətən vətəndaşlar onu oxumadan imza atırlar. Sığorta şirkətləri müqavilə şərtlərini o qədər xırda hərflərlə qeyd edirlər ki, ilk anda nə yazıldığı nəzərə çarpmır. Ona görə də sığorta şirkətlərinin borcudur ki, müqavilə bağlayan tərəfə bütün detalları izah etsin. Müqavilə bağlayan tərəf diqqətlə yazılanları oxumalıdır. Sığorta şirkətləri sadəcə pul almaqla kifayətlənməli deyil, həm də şərtləri izah etməyə borcludur. Problem də buradan qaynaqlanır".

Tarix
2015.10.29 / 09:09
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Dəhliz Azərbaycandan başlayıb Azərbaycanda bitəcək - Paşinyan

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla