Yuxarı

Dünya liderlərinin tarixi dəyişən imzaları - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya liderlərinin tarixi dəyişən imzaları - Foto

Ölkəni layiqincə idarə etmək bacarığı nadir rast gəlinən istedaddır. Bəzi liderlər rəhbərlik etdiyi dövrlərdə xalqının və ölkəsinin taleyini əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib. Onların rəsmi müqavilələr zamanı sənədlərə atdıqları imzalar dünya siyasi prosesində də əhəmiyyətli dərəcədə rol oynayıb.

Axar.az öz ölkələrinin tarixini dəyişən liderlərin imzalarını təqdim edir:

Heydər Əliyev (1923 – 2003)

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Kommunist Partiyası 1-ci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Politbüro üzvü, general-mayor.

Mustafa Kamal Atatürk ( 1881 – 1938 )

Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri.

Fidel Kastro (1926 –)

Kuba inqilabının lideri, 1959-2008-ci illərdə Kuba dövlətinin başçısı.

Vladimir Putin (1952 –)

Rusiya Federasiyasının Prezidenti (2000-2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Federal Təhlükəsizlik Xidmətinin direktoru.

Con Kennedi (1917—1963)

ABŞ-ın 35-ci prezidenti. ABŞ tarixində ilk katolik prezident. O, Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub.

Şarl de Qoll (1890—1970)

Fransız generalı və siyasətçi. İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı müqavimət hərəkatına, 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq edib.

Uinston Çörçill (1874—1965)

İngilis jurnalist, yazıçı, dövlət xadimi. 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri.

Mahatma Qandi (1869—1948)

Hindistanlı siyasətçi, Hindistan Respublikasının banisi. Hindistan milli-azadlıq hərəkatının ideoloqu və rəhbərlərindən biri.

Teodor Ruzvelt (1858—1919)

ABŞ-ın 25-ci vitse-prezidenti, 26-cı prezidenti. Nobel Sülh mükafatının sahibi.

Otto fon Bismark (1815—1898)

Prussiya və Almaniyanın XIX əsr görkəmli dövlət xadimi və yaşadığı dövrün dünya siyasətinə ciddi təsir etmiş şəxs.

Tarix
2015.10.29 / 10:02
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla