Yuxarı

Bakının 8 kəndi tələb etməsinə İrəvanın həyasız cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının 8 kəndi tələb etməsinə İrəvanın həyasız cavabı

Nə 9 (10) noyabr tarixli Üçtərəfli Bəyanatda Ermənistan tərəfi belə öhdəlik götürüb, nə də digər şəkildə.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistanın 2020-ci ilin noyabrında 8 kəndi azad edəcəyini vəd etdiyi, ancaq bu razılaşmanı yerinə yetirmədiyi haqda açıqlamasını “Azadlıq” radiosuna şərh edərkən deyib.

O bildirib ki, dərc olunan müqavilələrdə yazılanlardan və imzalananlardan başqa heç bir müqavilə yoxdur.

O iddia edib ki, Azərbaycanın xarici işlər nazirinin bu sözləri uydurmadır və 10 noyabr Bəyanatının maddələrinin ölkəsi tərəfindən pozulmasına haqq qazandırmaqdır:

“Ermənistan dəfələrlə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhəddə yerləşdirilməsini təklif edib”.

Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan SSR-in sərhədlərinə daxildir. Bu halda Mirzoyanın Azərbaycan kəndlərini işğalda saxlamağa davam edəcəklərini elan etməsi anlaşılmaz, məntiqsiz və açıq-aşkar işğal deməkdir.

Üstəlik, Azərbaycan təkidlə sərhədlərin delimitasiya və demarkasiya edilməsini tələb edir ki, “qoşunların dayanacağı yer” bəlli olsun. Ermənistan isə müxtəlif bəhanələrlə prosesi uzadır.

Tarix
2022.12.25 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla