Yuxarı

İrəvan təşvişdə: Moskvadan imtina baha başa gəlir… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

23 dekabra Moskvada nəzərdə tutulan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşündən İrəvanın imtinası ətrafında qalmaqal davam edir.

Axar.az xəbər verir ki, Rusiyanın bu məsələyə kəskin reaksiyası, xüsusilə XİN rəhbəri Sergey Lavrovun mətbuat konfransında Ermənistana ünvanlanan sərt ritorikası İrəvanda ciddi narahatlıq yaradıb.

Rəsmi İrəvan Moskvadan imtinanın səbəb olacağı fəsadları sanki indi dərk edib və əl-ayağa düşüb.

Məsələ barədə danışan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, İrəvan xarici işlər nazirlərinin Moskva görüşünü boykot etməyib.

O, “özünəbəraət” olaraq bildirib ki, guya “böhran və təhlükə şəraitində danışıqlar aparmaq çətindir”.

Halbuki Lavrov da məhz böhran vaxtı danışıqların əhəmiyyətli olduğunu, ölkəsinin mövqeyinin ifadə edilməsinin əhəmiyyətini vurğulamışdı.

“Laçında böhran olduğuna görə biz getmədik. Laçın dəhlizinin tezliklə açılması üçün genişmiqyaslı işlərə ehtiyac var. Bu məsələnin həlli ilə bağlı bizim xarici siyasətə cavabdeh olan siyasi komandamız məşğuldur. Biz situasiyanı dəyərləndirdik və anladıq ki, bu, fəaliyyətimizin koordinasiyası üçün ən yaxşı variantdır”, - deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, Mirzoyanın Moskvaya səfərdən imtinası Ermənistanın Rusiyanı saymaması kimi qarşılanıb. Rusiyada bir çox ekspert Ermənistanın Moskva platformasından imtina üçün hər bəhanədən yararlandığı haqda açıqlamalar verir.

Tarix
2022.12.27 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlin sonunadək bu ərazilərə nə qədər əhali qayıdacaq?

Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi - Foto

Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

Qarabağa ayaq basan ilk beynəlxalq missiya...

Əliyev: Bundan sonra Azərbaycan torpaqlarında...

Şuşanın tarixi simasının bərpası... - Prezident

Bayramovla Mirzoyan bu barədə razılığa gəldi

Prezident İSESKO-nun baş direktorunu Şuşada qəbul etdi

Əli Əsədov Mixail Mişustini təbrik etdi

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla