İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə
missiyasının mətbuata açıqlama yayıb.
Axar.az xəbər verir ki, açıqlamada deyilir: "Azərbaycan
hökumətinin dəvəti əsasında və İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
üzv dövlətlərində demokratiya prinsipləri və yaxşı idarəçilik
dəyərlərinə dəstəklə bağlı İƏT-in mandatına uyğun olaraq, İƏT Baş
Katibi Azərbaycanda parlament seçkilərini müşahidə və monitorinq
etmək üçün İƏT missiyasını göndərməyi qərara alıb.
Seçki günü bizim missiyanın Bakıda bir sıra seçki məntəqəsinə
baş çəkmək imkanı oldu və biz orada seçki prosesini izlədik. Bizim
missiya baş çəkdiyi bütün seçki məntəqələrində səsvermənin vaxtında
başladığını müşahidə etdi. Missiya baş çəkdiyi məntəqələrdə yüksək
seçici fəallığı və səs vermə üçün çoxlu sayda insan axınını
müşahidə etdi.
Biz səsvermə prosesinin Mərkəzi Seçki Komissiyasının rəsmiləri
tərəfindən peşəkar şəkildə təşkil edildiyini müşahidə etdik.
Seçicilər gələn kimi qeydiyyata alınır və səsvermə üçün ayrılan
yerdə səs vermələri üçün seçici kartları ilə təmin olunurdular.
Bütün proses dinc və nizamlı şəkildə təşkil edilmişdir. Səsvermə
materiallarına gəldikdə, bizim missiya seçki qutularının lazımı
qaydada möhürləndiyini və hər bir seçicinin səs vermədən öncə
skandan keçirildiyini müşahidə etdi. Səsvermə materiallarının əldə
edilməsi mümkün idi və etibarlı seçkilərin keçirilməsi üçün lazımı
standartlara cavab verirdi.
Biz seçki bülletenlərinin hər bir seçicinin anlaması üçün aydın
olduğunu müşahidə etdik. Həmçinin, baş çəkdiyimiz bütün seçki
məntəqələrində seçkilərdə iştirak edən siyasi partiyaların
nümayəndələrinin olduğunu izlədik. Onlar bütün prosesi açıq şəkildə
izləməyə imkan verən yerlərdə əyləşdirilmişdilər. Heç bir
partiyanın nümayəndəsindən şikayət almadıq. Ümumi atmosfer dinc
idi.
Baş çəkdiyimiz bəzi seçki məntəqələrində digər beynəlxalq
müşahidəçiləri də gördük və onlardan bəziləri ilə müzakirə etmək
imkanına malik olduq. Bizim seçkiləri ümumi dəyərləndirməmiz ondan
ibarətdir ki, seçkilər dinc, nizamlı və qəbul olunmuş beynəlxalq
meyarlara uyğun şəkildə təşkil edilmişdir. Missiyamız həmçinin,
parlament seçkilərinin şəffaf və ədalətli şəkildə təşkil olunmasını
izlədik. İnanırıq ki, bu seçki Azərbaycan Respublikasında
demokratiyanın və yaxşı idarəçiliyin gücləndirilməsi istiqamətində
daha bir addımdır".