Yuxarı

Bakılı Oleqin on milyonluq əmlakları müsadirə ediləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakılı Oleqin on milyonluq əmlakları müsadirə ediləcək?

Şamaxıda doğulan, “Oleq Bakinski” kimi tanınan kriminal avtoritet, sabiq idmançı və tanınmış iş adamı Oleq Krapivin ətrafında Ukraynada başladılan proses davam edir.

Axar.az xəbər verir ki, bir müddət öncə onun Ukraynaya girişinin qadağan edildiyi haqda məlumat vermişdik. Hazırda Oleq Bakinski hüquqlarının bərpa edilməsi və Ukraynaya giriş qadağasının aradan qaldırılması üçün məhkəməyə müraciət edib. Kiyev İnzibati Məhkəməsi artıq onun şikayət ərizəsini qəbul edib və bu ayın sonuna qədər prosesin keçiriləcəyi istisna edilmir.

Bu arada Ukrayna lideri Vladimir Zelenskinin Rusiyaya xidmət edən müxalif deputatların (Viktor Medvedçuk, Andrey Derkaç, Taras Kozak və Renat Kuzmin) vətəndaşlığını ləğv etməsi ilə onların əmlakının müsadirə edilməsi prosesinə başlanmasının presedent olacağı haqda informasiya yayılıb. Yenipress.az-ın yazdığına görə, “Rusiyaya işlədiyi” barədə faktlar olan şəxslərin vətəndaşlığının ləğvi, ölkəyə girişinin qadağan edilməsi və Ukraynadakı əmlakının müsadirəsi təcrübəsi genişlənə bilər.

Yayılan bu informasiya fonunda Oleq Bakisnkiyə qarşı Ukrayna mediasının başlatdığı kampaniyadakı detallar diqqət cəlb etməyə bilməz. Belə ki, Ukrayna mediası Oleq Bakinskinin yalnız kriminal avtoritet olması barədə faktlara istinadən detallı məlumat verməklə kifayətlənməmiş, onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrindən də bəhs etmişdi. İddia edilirdi ki, Oleq Bakinskinin Rusiya vətəndaşlığı var, Rusiya FTX-sinin (FSB) generaliteti ilə sıx əlaqələrə sahibdir və onlara kəşfiyyat xarakterli məlumatlar ötürür. Hətta onun “FTX-dən aldığı yeni tapşırığı icra etmək üçün” Ukraynaya geri dönməyə çalışdığı da bildirilirdi.

Bu isə o deməkdir ki, Oleq Bakinskinin Ukraynaya girişinə qadağa qoymaqla yanaşı, onun əmlaklarının da müsadirəsi gözlənilir.

Yada salaq ki, Oleq Krapivinin Ukraynada çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. “Forbes”in məlumatına görə, o, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə göstərilmişdi.

Tarix
2023.01.12 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla