Yuxarı

Millət vəkili: ”Televiziyalar milləti kor etməməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: ”Televiziyalar milləti kor etməməlidir”

"Televiziyaların işi millətin quruculuğunda iştirak etməkdir, daha onu kor etmək deyil".

Bunu "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc dedi.

O, cadugərliklə əlaqədar tele-layihələrin efir məkanında yer almasının tərəfdarı olmadığını bildirdi:

"Bu məsələ ilə əlaqədar "Teleradio Yayımı Haqqında Qanun"da konkret yasaqlayıcı tədbirlərin qoyulması haqqında təkliflər verilə bilər. Etiraf eləmək lazımdır ki, bizim televiziyalarda bu kimi hallar təsir vasitəsi kimi geniş istifadə edilir. Mən bir millət vəkili kimi tərəfdarıyam ki, bu cür tele-layihələr efir məkanında yer almasınlar. Öz-özlüyündə bunun genişlənməsinə imkan verən dairələr fikirləşməlidir ki, bununla millətə ziyan vururlar".

Millət vəkili bu kimi verilişlərin insanların üzərində hakimiyyət yaratdığını söylədi və televiziyalarda cadugərliklə bağlı yayımlanan verilişlərə qarşı gələcəkdə yasaqlayıcı tədbirlərin qəbul edilmək ehtimalının olduğunu dilə gətirdi:

"Bunlar insanların normal həyatının pozulması, eləcə də adamların üzərində saxta hakimiyyətlərin qurulması ilə nəticələnir. Ona görə də parlamentdə bu haqda yasaqlayıcı tədbirlərin qəbul olunmasının tərəfdarıyam. Bunun haqqında qanun layihəsi gələcəkdə təklif oluna bilər. Bu cür saxtalığı necə cəmiyyətə ötürmək olar. Mən elə fikirləşirəm ki, televiziyaların işi millətin quruculuğunda iştirak etməkdir, onu kor etmək deyil".

Qeyd edək ki, dünən Rusiya Dumasına cadugərlik, fal, sehrlə bağlı olan bütün verilişlərin televiziyalarda yasaqlanması ilə əlaqədar qanun layihəsi təklif edilib.

Tarix
2014.01.23 / 11:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla