Yuxarı

Diaspor fəalına qarşı sui-qəsdin üstü açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diaspor fəalına qarşı sui-qəsdin üstü açıldı

Ukraynada yaşayan Azərbaycan diasporunun fəalı, iş adamı Yalçın Qəhrəmanoğluna qarşı sui-qəsd cəhdi olub.

Axar.az xəbər verir ki, sui-qəsdin təşkilatçıları artıq zərərsizləşdirilib.

Y.Qəhrəmanoğlu Musavat.com-a açıqlamasında bildirib ki, ona təhlükənin sovuşduğu barədə rəsmi məlumat verilib.

İş adamı hadisə ilə bağlı sosial şəbəkə hesabında bildirib ki, xüsusi əməliyyatı Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Departamenti (MPSAD) həyata keçirib:

“MPSAD əməkdaşları mənim cinayətkarlar tərəfindən fiziki məhv edilməm barədə əməliyyat məlumatı alıblar. 2022-ci il sentyabr ayında onlar təhlükəsizliyimi təmin edib və cinayətkarlar tərəfindən fiziki olaraq məhv olunmağımın qarşısını almaq üçün səy göstəriblər. 5 yanvar 2023-cü ildə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlardan səsboğucu tapança, qumbaralar, zərərçəkənlərin və həmçinin mənim şəklim götürülüb. İstintaq zamanı məlum olub ki, cinayətkarların başqa məqsədləri olub, bir sıra başqa cinayətlər də olub: onlar hədə-qorxu ilə tələb etmək, yandırmaq, fiziki repressiya, sənədləri saxtalaşdırmaq, sifarişli qətllər ilə məşğul olublar. İstintaq davam edir”.

Y.Qəhrəmanoğlu yekunda, “Kremlə qarşı informasiya mübarizəmdə mənə dəstək olan polis və digərlərinə təşəkkür edirəm”, - yazıb.

Diaspor üzvü bildirib ki, konkret olaraq şübhələndiyi şəxslər yoxdur, çünki kimsə ilə ədavəti olmayıb. Amma Ukraynadakı aktiv fəaliyyəti, işğalçıya qarşı fəal informasiya müharibəsi aparması hansısa çevrələri ona qarşı hərəkətə gətirə bilər.

Y.Qəhrəmanoğlu bildirib ki, hazırda Kiyevdə ümumi gərginlik olsa da, həyat davam edir:

“Bu gün həyəcan siqnalı verilməyib, işığımız yanır. Sonuncu dəfə 31 dekabrda qonşu məhəlləyə raket düşdü. Əvvəl elə bildik raket havada vurulub, amma sonra aydın oldu ki, yox, yaşadığımız binanın qonşuluğuna düşüb. Bizim bina da silkələndi, pəncərələrin şüşələri qırıldı”.

Tarix
2023.01.17 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla