Yuxarı

Sabah yağış yağacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah yağış yağacaq

Noyabrın 9-da respublika ərazisində yağış yağacağı gözlənilir.

Axar.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 11-13° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 10-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 10-13° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacağı gözlənilir.

Tarix
2015.11.08 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla