Yuxarı

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

“Azərsun Holdinq” , “PASHA Real Estate” və “Dreamland Baku”nun dəstəyi ilə keçirilmiş “Azerbaijan Open 2026” qolf turnirinə yekun vurulub. 2016-cı ildən etibarən “Dreamland Golf Club” tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilən bu turnir ölkəmizdə olan qolfsevərlərlə yanaşı, xarici həvəskar qolfçuları da bir araya gətirib.

Axar.az xəbər verir ki, iki gün davam edən turnirdə yerli və xarici həvəskar qolfçular fərdi və komanda yarışlarında mübarizə aparıblar.

Turnirin ümumi çempionu və komanda yarışının qalibi Xəlil Hüseynov, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadə olub. İkinci yeri Nitin Kapoor, Kim Kvanq Il, Kim Çanqsoo və Sanq Jun Park, üçüncü yeri isə Kris Villiams, Mark Teylor, Brian Lavson və Qrehem Beattie tutublar.

Turnirin tərəfdaşları sırasında “Dreamland Golf Club”, Azərbaycan Qolf Federasiyası, “Khazar Fabrication”, “Shura Links”, “Paragraph, Zala Springs Golf Resort”, Dreamland Golf Hotel”, “IMG”, “Kaşıbeyaz Baku”, “Bazarstore”, “The National Azerbaijan Golf Club” və “Dream Body Athletic Club & Spa” yer alıb.

İldən-ilə əhatə dairəsini genişləndirən “Azerbaijan Open” turniri həvəskar qolfçuların beynəlxalq turnir təcrübəsi qazanmasına, Azərbaycanda qolfun təbliğinə, bu idman növünə marağın artırılmasına və ölkənin beynəlxalq qolf məkanı kimi tanıdılmasına mühüm töhfə verir.

Tarix
2026.09.09 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla