Yuxarı

Möhtəşəm bir gecəni səbirsizliklə gözləyirik - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Möhtəşəm bir gecəni səbirsizliklə gözləyirik - Dambrauskas

“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Mançester Yunayted”lə keçiriləcək qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib.

Axar.az xəbər verir ki, o, bunu UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə mətbuat konfransında deyib.

“2002-ci ildə buraya gəlmişdim və məşqçilik sahəsində ilk işim “Manchester United Soccer School”da olmuşdu. Bu, “Old Trafford”da yerləşmirdi, ancaq ad və loqo eyni idi. Bununla qürur duyuram və indi Çempionlar Liqasında baş məşqçi kimi buraya qayıdıb oynamaq mənim üçün çox xoşdur”, – deyə o bildirib.

Baş məşqçi “Sabah” klubunun gənc komanda olduğunu da vurğulayıb. O qeyd edib ki, sentyabrın 8-də komanda Mançesterə yola düşərkən klubun yaranmasının ildönümü olub.

“Klubumuz 2017-ci il sentyabrın 8-də yaradılıb. Dünən təyyarəyə minəndə məhz klubun ad günü idi və biz bunu qeyd etdik”, – deyə baş məşqçi bildirib. Onun sözlərinə görə, həm klub, həm də özü üçün Çempionlar Liqasının əsas mərhələsində debüt etmək xüsusi hadisədir.

“Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə iştirak etmək bizim üçün möhtəşəmdir. Üstəlik, “Mançester Yunayted”ə qarşı oynamaq bu qarşılaşmaya əlavə simvolik məna verir. Biz məhz belə möhtəşəm bir gecəni səbirsizliklə gözləyirik”, – deyə o əlavə edib.

Tarix
2026.09.09 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla