Yuxarı

Əhməd Obalı Xoy üçün Bakıya çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhməd Obalı Xoy üçün Bakıya çağırış etdi

Xoyda 28-29 yanvar tarixlərində ardıcıl iki dağıdıcı zəlzələnin nəticələri həddən artıq ağırdır: 3 nəfər ölüb, 1200-ə yaxın soydaşımız yaralanıb, minlərlə insanın evi dağılıb.

Bu sözləri Axar.az-a açıqlamasında Güney Azərbaycanın tanınmış ictimai xadimi, Günaz TV-nin rəhbəri Əhməd Obalı deyib.

O bildirib ki, İranın molla hakimiyyəti zəlzələdən zərər çəkənlərə heç bir yardım etmir:

“İnsanların yardım çağırışına İran mollakratiya rejimi polisin su şırnağı ilə cavab verir. Hazırda soydaşlarımız soyuq, şaxtalı havada, qarın içində gecələməyə məhkum edilib, ciddi ərzaq qıtlığı çəkirlər. Onların Şimali Azərbaycanın yardımına, qardaş dəstəyinə ehtiyacı var.

Azərbaycan hökumətindən xahiş edirəm ki, soydaşlarımıza humanitar yardım üçün göstəriş versin. Bu humanitar yardımın İranla Azərbaycanın münasibətlərinə heç bir aidiyyəti yoxdur. Bu, dar gündə, köməksiz qalan qardaşlarınıza əl uzatmaqdır”.

Qeyd edək ki, Xoy zəlzələsindən sonra minlərlə soydaşımız çadırsız, azuqəsiz qalıb və onlar ağır şəraitdə küçələrdə gecələyirlər. İran hakimiyyəti özü yardım etmir, Türk Qızıl Aypara Cəmiyyətinin yardım təklifini isə rədd edib.

Tarix
2023.01.31 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkmənbaşıda tədbirdə iştirak edir

Prezident “Avaza” Kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla