Yuxarı

“Ermənistan nədir?” soruşduq, KTMT susdu – Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistan nədir?” soruşduq, KTMT susdu – Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə missiyasının Ermənistana gəlməsi ilə bağlı danışıb.

Axar.az xəbər verir ki, o, bu məsələ barədə Ermənistan siyasi kəsimi arasında bəzi “anlaşılmazlıqların” olduğunu bildirib və buna aydınlıq gətirməyə çalışıb.

Paşinyan deyib ki, biz KTMT-yə ən mühüm fundamental məqamlardan biri - Ermənistanda KTMT-nin məsuliyyət zonasının dəqiqləşdirilməsi ilə bağlı müraciət etmişik:

“Yəni Ermənistan Respublikasının nə olduğu barədə öz anlayışınızı bizə təqdim edin! Buna cavab almamışıq.

Bəs AB-nin Ermənistandakı mülki missiyası niyə mümkün oldu? Çünki Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə əsasən, AB Ermənistan Respublikasının nə olduğunu dəqiq müəyyən etdi. Yəni, dedilər, bu, Ermənistanın xəritəsidir, ya da biz dedik, onlar da təsdiq etdilər. Onlar ərazini müşahidə və nəzarət etmək üçün gəlirlər. Ərazini dərk etmədən müşahidə missiyası ən azı qəribə olacaq, çünki bu halda onların nəyə nəzarət etdikləri bəlli deyil”.

O əlavə edib ki, əgər hər hansı missiya “Ermənistanın ərazisinin nə olduğunu” bilmirsə, Ermənistanın işğal olunub-olunmamasını necə qiymətləndirəcək?

Nikol Paşinyan öz “arqumentini” daha bir gülünc iddia ilə də əsaslandırmağa çalışıb. O bildirib ki, AB missiyasına qədər Azərbaycan torpaqlarının erməni-rus birləşmələri tərəfindən işğal edilə biləcəyini Qərb dairələrində deyirdi. Bunun səbəbi isə Ermənistanda rus bazalarının yerləşdirilməsi ilə bağlıdır.

“Rusiyalı tərəfdaşların yerlərdə nümayəndələri olduğu üçün Qərb tərəfdaşlarımız artıq bizə şübhə ilə baxmağa başladılar ki, siz aqressiv hərəkətlər edəcəksiniz, çünki orada çoxlu erməni və rus qoşunları cəmləşib, Azərbaycana hücuma keçirsiniz. Yazıq azərbaycanlılar yüksəklikləri ələ keçirmək istəyirlər ki, tarazlıq olsun. Buna görə dedik: yaxşı, sən özün gəlib yerində hər şeyi müşahidə et, gör bütün bunlar doğrudur, ya yox?”

Qeyd edək ki, bu, Nikol Paşinyanın sərhədin delimitasiya və demarkasiyasından yayındığının, sərhədlərin dəqiqləşməsi və Azərbaycanın anklavlarının geri qaytarılmasını uzatmasının, eyni zamanda, 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü Zəngəzur dəhlizini vermək istəməməsinin sübutudur. Belə ki, rəsmi İrəvanın tələbinə cavab olaraq KTMT Ermənistandan sərhədin demarkasiya və delimitasiyasına başlanması, Ermənistan sərhədinin dəqiqləşməsini istəmişdi - eyni tələbi Azərbaycan da irəli sürür. Ermənistan isə sərhədin dəqiqləşməsindən yayınmaqla öhdəliklərini də icra etmir və Avropada havadar axtarır...

Tarix
2023.02.09 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla