Yuxarı

Ermənistan parlamenti 5 rayonu Azərbaycana qaytarır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan parlamenti 5 rayonu Azərbaycana qaytarır?

Regional təhlükəsizlik məsələləri 4-5 rayonun Azərbaycana qaytarılmasını tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi dekabrın 6-na təyin edilib. Cəmiyyət "hə" və "yox" üzrə qruplaşıb:

"Hə" qruplaşmasının qərargahına gözlənildiyi kimi baş nazir Ovik Abramyan rəhbərlik edir. "Yox" hərəkatı isə bir neçə qrupdan ibarətdir. Əsas mübarizə vasitələri mitinqlərdir. Azsaylı bir neçə mitinq keçirdilər. Səsvermə gününə az qalmış mitinqlərin sayını artıracaqlarını düşünürlər. Ermənistanda hakimiyyətin bu referendumu udması çox asan olacaq".

M.Əhmədoğlu hesab edir ki, müxalifətin konstitusiya islahatlarına qarşı ən əsas arqumenti Ermənistanın baş tutmuş dövlət olmamasıdır: "Onların fikrincə, baş tutmuş dövlət siyasi sistemini dəyişmir. Orijinal yanaşmalar da var. Ermənistanın keçmiş baş naziri, Ermənistanın Mərkəzi Bankının keçmiş direktoru, parlamentin deputatı, kifayət qədər savadlı Qrant Baqratyan referendumu Qarabağ tənzimlənməsilə əlaqələndirdi: Regional təhlükəsizlik məsələləri 4-5 rayonun Azərbaycana qaytarılmasını tələb edir. S.Sərkisyan bu rayonların qaytarılmasının məsuliyyətini təkbaşına daşıya bilməz. Ona görə rayonların qaytarılmasının məsuliyyətini parlamentin üzərinə qoymaq istəyir".

Politoloq Trend-ə bildirib ki, eks-prezident Robert Koçaryan da konstitusiya dəyişikliklərinin əleyhinədir: "Konstitusiya islahatlarından ən çox zərər çəkən isə Çiçəklənən Ermənistan Partiyasıdır. Qaqik Çarukyan konstitusiya islahatlarının əleyhinə olduğu üçün partiyası əlindən alındı. Sonradan bu partiya islahatları dəstəklədi. İki deputat konstitusiya islahatlarını dəstəkləməyəcəklərini bildirən kimi onları partiyadan çıxardılar".

Tarix
2015.11.13 / 11:52
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla