Yuxarı

Qarabağla bağlı gizli reallıq: Nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı gizli reallıq: Nə baş verir?

Azərbaycan və Rusiya prezidentləri Antalyada nəinki Dağlıq Qarabağ, bir çox kompleks məsələləri müzakirə edəcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq Dağlıq Qarabağla bağlı hazırda KİV-lərdə siyasi fon yaradıldığını və bunun təsadüf olmadığını qeyd edib:

"Bölgədə gedən proseslər çoxşaxəli olduğundan sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirə olacağını düşünmürəm. Ancaq burada bir məqam diqqəti çəkir. Hazırda Dağlıq Qarabağla bağlı KİV-lərdə (istər Rusiya, istərsə də erməni) maraqlı bir fon müşahidə edilməkdədir. Bu, təsadüfi bir şey deyil. Bu fon göstərir ki, doğurdan da Azərbaycan rayonlarının qaytarılması ilə bağlı hansısa danışıqlar prosesi gedir, sadəcə, bəzi siyasi detallar gizli saxlanılır. Hətta Ermənistanda hakim partiyadan olan bir deputat bu yaxınlarda açıqlama verdi ki, rayonların Azərbaycana qaytarılacağını onlar da istisna etmirlər. Son zamanlar Rusiya diplomatiyasının fəallığı onu deməyə imkan verir ki, bu proseslər həqiqətən də bilavasitə Moskvanın köməkliyi ilə aparılır. Lakin Minsk Qrupunun digər üzvləri, ABŞ və Fransa Ermənistanı dəstəkləyir. Bu, açıq-aydın görünür. Dağlıq Qarabağ istiqamətində əlverişli zəminin yetişməsi konkret sənədlərin reallığından keçir".

Tarix
2015.11.14 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla