Yuxarı

“Ermənistan müharibə istəmir, əgər..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistan müharibə istəmir, əgər..."

"Ermənistan müharibə istəmir, amma əgər onu məcbur etsələr, bizim müharibədən başqa yolumuz yoxdur.

Bilirsinizmi, belə bir mühitdə hərbi əməliyyatların başlaması ehtimalını hətta mən də istisna edə bilmirəm. Çünki bizim ölkəmizdə ən azı iki adam - prezident və müdafiə naziri - bunu görünür, mütləq nəzərə almalıdırlar ki, hərbi əməliyyatlar məhz sabah da başlaya bilər. Lakin mən hərbi əməliyyatların yaxın gələcəkdə başlaya bilməsi ehtimalını hələ görmürəm. Amma yenə deyirəm, əgər bizi müharibəyə məcbur eləsələr, biz döyüşməyə məcbur olacağıq".

Bu sözlər Ermənistan prezidenti Serj Sərkisyana məxsusdur. S.Sərkisyan bu sözləri yerli jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycan ordusunun erməni silahlı qüvvələri üzərindəki hərtərəfli üstünlüyü barədəki informasiyaları şərh edən S.Sərkisyan etiraf edib ki, Ermənistan büdcəsindən orduya ayrılan vəsait o qədər də böyük deyil. Amma o, əlavə edib ki, erməni ordusu silah-sursat sarıdan korluq da çəkmir.

"Ordu elə bir orqanizmdir ki, onun yeni silah-sursata daim ehtiyacı olur. Biz müharibə istəmirik, aydındır ki, bunu istəmirik. Amma əgər bizi buna məcbur eləsələr, döyüşməkdən ayrı yolumuz qalmayacaq. Digər tərəfdən də münaqişəni sülh yolu ilə həll eləmək üçün əlimizdən gələn hər şeyi edirik" - deyə Ermənistan prezidenti bildirib. ("Virtualaz.org")

Tarix
2014.01.24 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Azərbaycanın MDB-yə sədrlik etməsi tarixi məqamdır

Bayramov, Arakçı və Lavrov ayaqüstü söhbət etdi - Video

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

MDB-yə sədrlik Azərbaycana keçir - Prezidentən açıqlama

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Türkmənistanla münasibətlərin inkişafı... - Deputat

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla