Yuxarı

ATƏT-in sülhə inamı azalıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT-in sülhə inamı azalıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində davam edən zorakılıqla əlaqədar öz narahatlıqlarını bildiriblər.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşün nəticəsinə görə təşkilatın bəyanatında deyilir.

Həmsədrlər vurğulayıblar ki, son zamanlar baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunmasının perspektivlərini azaldır.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı həmçinin sülh prosesinin irəliləyişi üzrə əhəmiyyətli məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs rejimi haqqında sazişin şərtlərinə qeyd-şərtsiz riayət etməyə çağırıblar.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləriylə danışıqların davam etdirilməsi görə yaxın həftələrdə regiona səfər edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət müşahidə edilir. Erməni hərbçilər son 4 gündə atəşkəs rejimini təxminən 380 dəfə pozublar. (Trend)

Tarix
2014.01.24 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla