Yuxarı

Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi

Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələr arasında silahlı insident yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

“Müəyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən əsas Laçın yolundan yan keçməklə, torpaq yoldan - Xəlfəli yolundan istifadə edərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almağa başlayıb. Bu gün daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar.

Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir”, - məlumatda bildirilib.

Tarix
2023.03.05 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla