G-20 sammitində iştirak etmək üçün Türkiyənin Antalyaya
şəhərində olan Rusiya prezidenti Vladimir Putinin qaldığı otelin
fotoları yayılıb.
ANS-in məlumatına görə, ağaclarla izole
edilən 630 kvadrat metrlik Ovner adlı villada qalıb.
Bu villada qolf sahəsi, açıq hovuz, teras, cakuzi, 4 yataq
otağı, 1 salon, 1 yemək otağı, 4 tualet, masaj otağı, türk hamamı,
fitnes salonu var.
Putinin mühafizə xidməti də onunla bir villada qalıb. Rusiya
prezidentinin demək olar ki, bütün qidaları öz ölkəsindən gətirilib
və öz komandası tərəfindən hazırlanıb. Putin villasında idmanla
məşğul olub, hovuzda üzüb və türk hamamından istifadə edib.
Putinin qaldığı villanın bəzəndiyi çiçəklərin adı isə
Atatürkdür. Bu bəzək bitkisi adını Türkiyədə yetişdirilməsi və
tanıdılmasında böyük rol oynayan Mustafa Kamal Atatürkdən alır.
G20 sammitində qonaq qismində iştirak edən Azərbaycan prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva da Putinlə eyni oteldə
gecələyiblər. İlham Əliyev və Azərbaycanaın birinci xanımı üçün
ayrılan villa da Putininki ilə eyni özəlliklərə sahib olub.
Azərbaycan dövlət başçısının qaldığı villa "Presidential"
adlanıb.