Yuxarı

Rusiya ittiham əvəzinə bəyanatı təkrar oxusun – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ittiham əvəzinə bəyanatı təkrar oxusun – Ekspert

Azərbaycan Müdafiə Nazirliyi və XİN separatçıların rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına sülhməramlıların müşayiəti ilə silah-sursat, mina daşınmasının qəbuledilməz olduğu haqqında dəfələrlə xəbərdarlıq edib. Əfsuslar olsun ki, rus sülhməramlılar bu xəbərdarlıqlara məhəl qoymadı, hətta separatçıların möhkəmlənməsi üçün əlindən gələni etdilər.

Bu sözləri Axar.az-a Ordumuzun Laçın yoluna alternativ olan torpaq yollarını nəzarətə götürməsi haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert təxribatların davam etməsi halında növbəti addımların atılacağını vurğulayıb:

“Sülhməramlıların vəzifəsi bitərəf və neytral olmaq, imzalanan razılaşmaların gerçəkləşməsinə kömək etməkdir. Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərinin bəyanatları açıq şəkildə ortadadır. Bu qulaqardına vurmanın nəticəsi isə o oldu ki, Şanlı Ordumuz artıq Turşsu-Xankəndi yolunun üzərində bizi narahat edən fəaliyyətləri dayandırmaq üçün mövqe və dayaq məntəqələri qurur”.

Ədalət Verdiyev Rusiya MN-i Azərbaycanı ittiham etmək əvəzinə 10 noyabr bəyanatını yenidən və diqqətli oxumağa çağırıb:

“10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına görə, sülhməramlıların Qarabağa yerləşməsinə paralel şəkildə separatçılar, erməni terrorçular, Ermənistan ordusunun qalıqları bölgədən çıxmalı, vətəndaşlarımız öz evlərinə qayıtmalı, Zəngəzur dəhlizi də açılmalı idi. Keçən dövr ərzində sülhməramlı kontingent üzərinə düşən öhdəliyi nəinki icra etməyib, hətta ermənilərin “mövqe” tutmasına, silahlanmasına, təxribatlarına şərait yaradıb. Belə yarıtmaz fəaliyyətləri davam etdirəcəkləri təqdirdə onların Üçtərəfli Bəyannamədə göstərilən müddətdən daha əvvəl Azərbaycanı tərk etməsi gündəmə gələ bilər”.

Tarix
2023.03.26 / 08:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Fuad Oktay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla