Yuxarı

Musəvi niyə vaxtından əvvəl geri çağırıldı? – Sensasion iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Musəvi niyə vaxtından əvvəl geri çağırıldı? – Sensasion iddia

İranın Azərbaycandakı səfirini vaxtından əvvəl dəyişmək qərarı ətrafında müzakirələr səngimir.

Axar.az xəbər verir ki, İran mediası İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti başa çatmadan geri çağırılmasının səbəbi haqda sensasiyalı məlumatlar yayır. İddia edilir ki, A.Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətləri olub və bu səbəbdən İranda hətta onun geri çağırılması üçün petisiya da başladılıb.

Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətə malik olmasının İrana hansı “ziyanlar” vurduğuna isə aydınlıq gətirilməyib. Ümumiyyətlə, Musəvi səfir kimi öz dövlətinin maraqlarını müdafiə edib, hətta vaxtilə ifşa edilən İran şəbəkəsinin etiraf etdiyi kimi, diplomatik missiyaya aid maşından qanunla qadağan edilən təbliğat vasitələrinin və digər əşyaların Azərbaycan ərazisinə gətirilməsi üçün istifadə olunub. Əksinə, Musəvi vaxtından əvvəl məhz bu fəaliyyətinə görə geri çağırılmalı idi və yaxud elə buna görə də səlahiyyətinə xitam verilib.

Qeyd edək ki, İran Azərbaycandakı səfirinin diplomatik fəaliyyətinə vaxtından əvvəl xitam verib və onu geri çağırıb. Mediada yayılan məlumata görə, onun əvəzinə Müctəba Dəmirçi Azərbaycana səfir təyin edilib. M.Dəmirçi bundan öncə Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib

Tarix
2023.04.02 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla