Yuxarı

Ərdoğan: “Qarabağda nə hiss edirdiksə...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada ölən hər günahsız uşağın, insanın ağrısını ürəyimizdə hiss edirik. Daha əvvəl Bosniyada, Qarabağda nə hiss edirdiksə, Suriya üçün də eyni şeyi hiss edirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin İŞİD-dən neft alması barədə iddialara cavab verib:

"Yaxın Şərq başqaları üçün bataqlıq ola bilər. Lakin ora min illik parçamızdır. İŞİD-dən istifadə edərək, Yaxın Şərqin xəritəsini yenidən dizayn etmək istəyənlərin gerçək üzünü gördük. Türkiyədən başqa ciddi şəkildə İŞİD-lə mübarizə aparan ölkə yoxdur. İŞİD-dən ən çox zərər görən bizik. Türkiyə İŞİD-dən neft alır deyənlərə haram olsun. Türkiyənin neft-qazını aldığı yer bəllidir. İŞİD-in çıxardığı nefti Bəşər Əsəd satır. İŞİD-in ən böyük dəstəkçisi Əsəddir".

Ərdoğan "qırıcı qalmaqalı"na da münasibət bildirib:

"Biz hadisələr başlayandan bəri çox çalışdıq ki, kimsə ölməsin. Rusiyanın açıqlamalarını kədərlə izləyirik. Rusiya bizim strateji tərəfdaşımızdır. Bölgədə yeni qarşıdurmaların baş verməsini istəmirik. Lakin sərhədlərimiz bu gün də pozulsaydı, eyni qarşılığı verərdik".

Tarix
2015.11.26 / 16:31
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla