Yuxarı

Vilnüsdə erməni təxribatının qarşısı alındı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilnüsdə erməni təxribatının qarşısı alındı - Foto

Bu gün Vilnüsdə Litva Geosiyasət Araşdırmalar Mərkəzinin (GAM) hazırladığı "Dağlıq Qarabağ münaqişəsi: detalları və həlli yolları" adlı kitabın təqdimatı zamanı erməni diasporu təxribata cəhd edib.

APA-nın məlumatına görə, Litva Sülh Memorial Kompleksində baş tutan təqdimatda Litva GAM rəhbəri Qreta Tuckiene, Litva parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Yuras Pojela, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, yerli ekspertlər, azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri qatılıblar.

Təqdimat zamanı Q. Tuckiene kitab barədə məlumat verərək bildirib ki, nəşrdə Dağlıq Qarabağ münaqişəsinin köklərinə, beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına və münaqişənin sülh yolu ilə həlli variantlarına toxunulub.

Səfir H. Məmmədzadə, deputat Y. Pojela və digər çıxışçılar da kitab barədə danışıblar, onun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, kitabın müəllifləri Viktor Denisenko, Kristina Petrauske, Laura Kirvekite, İqor Savin, Yustinas Jiliniskas və Andrey Kazakeviçdir. Kitab ingilis və Litva dillərində işıq üzü görüb.

Onu da bildirək ki, təqdimat zamanı qəflətən zala naməlum şəxs daxil olaraq tədbiri pozmağa çalışıb. Erməni diasporunun fəal rəhbərlərindən biri, Litvanın yerli televiziyalarında kinorejissor kimi çalışan Marat Sarkisyan mikrofonu ələ keçirərək iştirakçıları və təşkilatçıları hədələyərək Litva rəsmilərini son vaxtlar Qarabağ məsələsində Azərbaycana dəstək verməkdə qınayıb, müxtəlif video materiallar nümayiş etdirməyə cəhd edib. M. Sarkisyanı sakitləşdirməyə çalışan GAM rəhbəri Q. Tuckiene isə ona yanlışlığa yol verdiyini izah etməyə çalışıb: "Biz kitabı ərsəyə gətirərkən onu da araşdırdıq ki, hazırda Ermənistanda azərbaycanlılar yaşamasa da, Azərbaycanda xeyli erməni rahat yaşayır".

Mykolo Romeris universitetinin professoru Yustinas Jiliniskas isə bunları deyib: "Bəli, həqiqətən son illər Litva bu münaqişədə Azərbaycanın yanındadır. Çünki biz artıq həqiqəti bilirik".

Bundan sonra M. Sarkisyan tədbirdə iştirak edən azərbaycanlıları təxribata çəkmək istəyib. Lakin onun istəyi baş tutmayıb.

Qeyd edək ki, "APA Holding"in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı "Sərhəddənkənar azərbaycanlılar..." adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir.

Tarix
2015.11.26 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla