Yuxarı

Azərbaycanlılar yeni təşkilat yaratdı - Niderlandda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlılar Niderlandda yeni təşkilat təsis edib.

Bu barədə Axar.az-a həmyerlimiz Vüqar Abbasov məlumat verib.

O, yeni yaradılan "Konnekt" (Birləşdirmək) təşkilatına sədr seçildiyini deyib. Təşkilatın məqsədi Niderlanda gələn qaçqınlara həm hüquqi, həm də mənəvi yardım etməkdir.

"Son vaxtlar Avropaya, həmçinin Niderlanda çoxsaylı qaçqınların gəldiyi kimsəyə sirr deyil. Buradakı aidiyyəti təşkilatlar onlara bacardıqları qədər yardım edirlər.

Ancaq mən və həmkarım Vim van Embden, o cümlədən digər niderlandlı dostlarımız bura gələn qaçqınlara kömək etmək üçün təşkilat yaratmağa qərar verdik. Təşkilatın nizamnaməsində Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib", - deyə V.Abbasov vurğulayıb.

Təşkilat sədri qeyd edib ki, əməkdaşlıq bir neçə istiqamətdə nəzərdə tutulub: "Qarşılıqlı səfərlərin, tədbirlərin təşkili, Niderlandın iş adamları ilə azərbaycanlı iş adamları arasında əlaqələrin qurulması, jurnalistlər və yerli siyasət adamları ilə əməkdaşlıq, təhsil sahəsi və s.

Həmçinin Niderland dilində internet qəzetin yaradılması da təşkilatın planlarına daxildir. Bütün bunları həyata keçirmək üçün lazım olan vəsaiti əldə etmək yollarından biri kimi həm də təşkilatın biznes fəaliyyəti ilə məşğul olunması üçün müvafiq icazə alınıb".

Tarix
2015.11.28 / 13:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla