Yuxarı

Türkiyədə rus biznesmenlərini nə gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə rus biznesmenlərini nə gözləyir?

Türkiyədəki biznesləri Rusiyaya sıx bağlı olan sahibkarların işlərinin necə gedəcəyi son dərəcə mürəkkəbdir.

Axar.az xəbər verir ki, iki ölkə arasında yaranmış gərginlik mülkiyyət alğı-satqısı sektorunda çalışanları həyəcanlandırıb.

"Amma küyə getmirəm. Əksinə, evlər ucuz olduqca burda mənzil almaq lazımdır. Türkiyənin mülkiyyət bazarını ruslarsız təsəvvür etmək qeyri-mümkündür", - Antalyada mülkiyyət alğı-satqı agentliyi olan Olqa Şevtsova BBC Azərbaycanca-ya belə deyib.

Onun ofisinin girişində bir-birinin əlini sıxan Ərdoğanla Putinin fotoportreti asılıb. Şevtsova artıq 6 ildir ki, Türkiyədə ev satışı ilə məşğuldur. Dediyinə görə, adamlar çox tez əl-ayağa düşüb Antalyadakı mənzillərini satmağa başlayıblar: "Yerli qrupların Feysbuk səhifələri indi belə satış elanları ilə doludur".

Antalyada bir çox hotellər artıq bağlanıb. Amma gələn yaza neçələrinin qış yuxusundan ayıla biləcəyini demək çətindir.

"Bu mövsüm onsuz da yaxşı getmirdi. Rublun düşməsinə görə biz hətta çox sayda daimi müştərimizi də itirdik. İldə iki dəfə gələnlərin çoxu, bu il bircə dəfə gəldilər", - Yelena Dəmiral belə söyləyib.

O əri ilə birlikdə 250 nəfərlik oteli idarə edir: "Məni pərişan edən Rusiya sosial şəbəkələrindəki şərhlərdir. Bizi, türklərə ərə getmiş qadınları terrorçularla eyniləşdirməyə çalışırlar. Az qalırlar desinlər ki, təyyarəni biz vurmuşuq".

Qeyd edək ki, 2014-cü ildə əcnəbilər Türkiyədə 19 min daşınmaz əmlak obyekti alıb. Bu, bir il əvvəlkindən 55, 6 faiz çoxdur. Rusiyalılar ənənəvi olaraq ən fəal alıcıların üçlüyünə daxildirlər.

Antalya və Alaniyanın bir sıra rayonlarında bütöv məhəllələri rusdilli müştərilər üçün tikirlər.

Tarix
2015.11.29 / 10:39
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla