Yuxarı

Davudoğludan sərt çıxış: “Yenə vurarıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğludan sərt çıxış: “Yenə vurarıq”

"Türkiyə İŞİD-dən neft alır" kimi əsassız ittihamlarla hava məkanımızın pozulmasını ört-basdır etmək mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu Şimali Kiprə səfərindən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Davudoğlu Türkiyə sərhədlərinin qorunmasının ən ali vəzifələri olduğunu bildirib:

"Türkiyə heç bir zaman gərginliyin tərəfində olmayıb. Rəsmi Moskva bunu bilməlidir ki, Türkiyə qırıcıları Rusiyanın hava sərhədlərini pozmayıb. Hava məkanımıza təkrar-təkrar girən rus qırıcı və bombardmançılarına göz yuma bilməzdik. Pilotlarımız lazım olanı etdilər. "Türkiyə İŞİD-dən neft alır" kimi əsassız ittihamlarla hava məkanımızın pozulmasını ört-basdır etmək mümkün deyil. Biz Rusiyaya yenidən çağırış edirik. Gəlin, oxşar hadisələrin baş verməməsi üçün hərbi ünsiyyət kanalları açaq və daha böyük olayların qarşısını alaq. Rusiya bilməlidir ki, Türkiyə Silahlı Qüvvələrinə verdiyimiz "vur" əmri bu gün də qüvvədədir, sabah da olacaq. Hava, quru və dəniz sərhədlərimizin qorunması ən ali vəzifəmizdir və lazım olanı hər zaman edəcəyik".

Qeyd edək ki, Türkiyə noyabrın 24-də Suriya istiqamətində sərhədlərini pozduğu üçün Rusiyanın Su-24 bombardmançısını vurub.

Tarix
2015.12.01 / 14:23
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla