Yuxarı

Rus raketləri Ankaraya tuşlandı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus raketləri Ankaraya tuşlandı...

Ankara Qarabağ münaqişəsini ölü nöqtədən tərpətmək istəyir.

Publika.az xəbər verir ki, "Nezavisimaya qazeta" nəşri Türkiyə-Rusiya qarşıdurması fonunda Ankaranın Qarabağda müharibəyə başlaması haqda informasiyaları şərh edib.

Nəşr yazır ki, Rusiyanın iqtisadi sanksiyalarına, həmçinin, "erməni məsələsində" İrəvanı dəstəkləməsinə qarşı Türkiyə ciddi addımlar ata bilər.

"Davudoğlunun Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Türkiyənin əlindən gələni edəcəyi haqda bəyanatından dərhal sonra məlumat yayıldı ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə-Ermənistan sərhədində 7 minlik əsgər yeridib", - deyə nəşr qeyd edib.

Hərbi ekspert Viktor Litovkin nəşrə açıqlamasında bildirib ki, bu, yanlış informasiya ola bilər: "Mən əmin deyiləm ki, ordu həqiqətən də hazırlanır. Lakin bu faktdır ki, Türkiyə ilə Ermənistan sərhədi erməni ordusu ilə yanaşı, həmçinin, rus əsgərləri tərəfindən də qorunur. Orada bizim hərbi bazamız var. Bu baxımdan, Rusiyadan ora qoşunların göndərilməsi xəbəri qəribə görünür. Onsuz da Ermənistandakı artilleriyamız Türkiyəyə doğru tuşlanıb".

Ekspert qeyd edib ki, müharibə olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana dəstək verəcək: "Hətta KTMT bundan imtina etsə belə, Rusiya mütləq öz yardımını edəcək. Çünki müqavilə var. Bunu Azərbaycanda anlayırlar. Digər tərəfdən, Türkiyə Qarabağda müharibəyə başlayarsa, NATO-nu da bu müharibəyə qoşmuş olacaq. Şimal Alyansının indi buna nə qədər hazır olduğunu demək çətindir".

Tarix
2015.12.02 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin vəzifə verdiyi İradə Zeynalova: Heç vaxt bu qədər...

Peru prezidenti Azərbaycan səfiri ilə görüşdü

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla