Yuxarı

Başçının mübahisəli şəklinə müavinindən cavab – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçının mübahisəli şəklinə müavinindən cavab – Foto

Gül bayramından çəkilmiş adi bir fotonu yersiz vaxtda, şişirdilmiş şəkildə təqdim ediblər və müxtəlif əsassız yozumlar, şərhlər verməyə başlayıblar.

Bu sözləri Axar.az-a Salyan rayon icra başçısının müavini Rəşad Cəbrayılov bildirilib.

O, icra başçısı Tahir Kərimovun Gül bayramında çəkilmiş və Salyan Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə yerləşdirilmiş şəklinin Feysbukda yayımlanmasını mənasız bir hal adlandırıb:

"Bu şəkildə qeyri-adi bir hal yoxdur. Gül bayramı olub, icra başçısı tədbirdə iştirak edib. İndi isə Feysbukda öz fantaziyalarının məhsulundan istifadə edərək lüzumsuz replikalar yazırlar. Əgər başqa maraqları yoxdursa, niyə iki il əvvəl çəkilən şəkli dünən yayırlar?

Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar.

Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil".

Qeyd edək ki, Salyan rayon icra başçısı T.Kərimovun 2014-cü ilin Gül bayramı zamanı çəkilən və rəsmi sayta yerləşdirilən fotosu hazırda sosial şəbəkələrdə ciddi müzakirə edilir.

Sözügedən foto artıq Salyan rayon İH-nin rəsmi saytından yığışdırılıb.

Tarix
2015.12.08 / 12:49
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycana hücumda iştirak edən Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla