Yuxarı

Paşinyan Bakıya ciddi mesaj verdi ki, hazırdır - Arsenyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Bakıya ciddi mesaj verdi ki, hazırdır - Arsenyan

Paşinyan işarə verdi ki, İrəvan Bakı ilə sülhə hazırdır. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında gözlənilən görüşə nikbin baxıram, həll olunmamış məsələlərin ətraflı nəzərdən keçirilməsini gözləyirəm.

Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyan deyib.

“Ermənistan tərəfi nikbindir və konstruktiv dialoq və işə ümid edir. Paşinyan müəyyən şərtlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bildirib. Necə ki, vaxtında MDB yaradanda ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyıb. Ermənistan hökuməti bununla da İrəvanın danışıqlara hazır olması siqnalını verir. İstəyirik ki, beynəlxalq tərəfdaşlarımız və qarşı tərəf, xüsusən də Azərbaycan bizim sözlərimizi ciddi qəbul etsin. Biz sülh müqaviləsi bağlamaq üçün səmimiyyətlə çalışırıq. Bu, danışıqlar prosesinin təməl daşıdır. Bir-birimizə qarşı bütün iddiaları aradan qaldırmaq üçün addım atırıq. Beləliklə, biz danışıqlar prosesinə təkan veririk. Ümid edirik ki, bizim addımımız həm Moskvada, həm də Bakıda layiqincə qiymətləndiriləcək. Biz Rusiyanın siyasi iradəsini və səylərini yüksək qiymətləndiririk”, - o bildirib.

Tarix
2023.05.25 / 16:24
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla