Yuxarı

Axundovu zala bu cür gətirdiniz, biabırçılıqdır – Ovannisyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun məhkəməyə xüsusi qəddarlıqla, az qala başına silah dayamaqla gətirilməsi erməni ekspertlərinin belə diqqətini çəkib.

Axar.az xəbər verir ki, erməni hərbi ekspert Karen Ovannisyan Axundovun məhkəməyə o cür gətirilməsi və elə bir salonda mühakimə olunmasının səbəbini anlamadığını bildirib.

“Əvvəla, məhkəmə zalı belə görünməməli idi. Özünüz də yaxşı bilirsiniz ki, düşmən (Azərbaycan – red.) bizim dərc etdiyimiz kadrlarla əks-təbliğat aparmağa başlayacaq. Onlar Bakıda mühakimə edilən ermənilərin məhkəməsinin getdiyi zalla bu məhkəmə zalını müqayisə edərək, nə qədər biabırçı kasıb olduğumuzu bildirəcəklər.

İkinci, silahın müşayiəti ilə, silahı əvvəldən axıra kimi onun başı üstündə tutaraq proses aparılır və fotolar yayılır. Barmaqlıq düzəldilə və onu ora sala bilməzdinizmi? Axı məhkəmədə qandallı şəxsin başına silah dirəməyə ehtiyac yoxdur. Bu, düşmənə bizə qarşı təbliğat üçün fürsət verir”, - o qeyd edib.

Ovannisyan deyib ki, çox pis zal seçilib və onu (Axundovu) əvvəldən axıradək o cür “izləmək” rüsvayçılıqdır.

Qeyd edək ki, Hüseyn Axundova saxlanılanda da ağır fiziki işgəncələrə məruz qalmış, vəhşicəsinə döyülmüşdü.

Tarix
2023.06.11 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla