Yuxarı

Hacıqabulda ağır qəza: iki qardaş koma vəziyyətindədir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıqabulda ağır qəza: iki qardaş koma vəziyyətindədir

2024.10.05 - 23:39

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Qızılgül Şəmsəddin qızı Əhədova, onun nəvəsi, 2016-cı il təvəllüdlü Qızılgül Ərşad qızı Əhədova və 1986-cı il təvəllüdlü Xəyalə Azad qızı Əhədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabul rayonunda ağır yol qəzasında xəsarətlər alan iki nəfərin şəxsiyyəti məlum olub.

İki avtomobilin toqquşması nəticəsində rayonun Muğan kənd sakinləri, 1992-ci il təvəllüdlü İmran Nəbi oğlu Quluzadə və onun qardaşı, 1985-ci il təvəllüdlü Anar Nəbi oğlu Quliyev xəsarətlər alıb.

Xəstəxanaya yerləşdirilən qardaşlar koma vəziyyətindədirlər.

Tarix
2024.10.06 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla