Yuxarı

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 21-ci məhəlləsində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Axar.az xəbər verir ki, qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müraciətlər əsasən sosial müdafiə, məşğulluq, abadlıq və quruculuq işləri, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və digər sosial-məişət məsələləri ilə bağlı olub.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərin qaldırdıqları məsələləri diqqətlə dinləyib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Araşdırılması zəruri olan müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli üçün konkret tədbirlərin görülməsi tapşırılıb.

Qəbul zamanı şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, infrastrukturun yenilənməsi, yaşayış məhəllələrinin müasirləşdirilməsi və əhalinin rahatlığının təmin olunması istiqamətində görülən tədbirlərdən də bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq Sumqayıtda şəhər təsərrüfatının inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Zakir Fərəcov vətəndaş müraciətlərinə həssas yanaşılmasının, qaldırılan məsələlərin operativ araşdırılmasının və sakinlərin problemlərinin həllinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Sakinlər göstərilən diqqət və qayğıya, müraciətlərinin yerində dinlənilməsinə və şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların müraciət və təkliflərinin öyrənilməsi, mövcud problemlərin yerində araşdırılması məqsədilə səyyar qəbullar mütəmadi olaraq davam etdirilir.

Tarix
2026.10.23 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla