Yuxarı

Səfərbərliyin bu şöbəsində əməliyyat - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfərbərliyin bu şöbəsində əməliyyat - Rəsmi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xaçmaz rayon şöbəsinin rəisi Rahim Əlifağa oğlu Ağayevin qanunsuz əməlləri ifşa olunub.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin və cinayətə aidiyyəti olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2023.07.05 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla