Yuxarı

İrəvan yanaşmasını dəyişir - Brüsseldən gözləntilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan yanaşmasını dəyişir - Brüsseldən gözləntilər

09:00

İnanıram ki, bu, sülh müqaviləsi kimi kağız üzərində təsbit oluna və üstəlik, imzalana biləcək konkret nəticəsi olmayan növbəti görüş olacaq. Ayrı-ayrı məkanlarda keçirilən bu görüşlər tədricən, addım-addım mövqeləri yaxınlaşdırmağa, hələ də həllini tapmayan məsələləri müzakirə etməyə, yanaşmalar tapmağa yönəlib. Bu, əvvəlki dövrdə baş verənlər silsiləsindən növbəti görüş olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında 15 iyulda Brüsseldə gözlənilən görüş haqda "Vestnik Kavkaza"ya deyib.

Politoloq qeyd edib ki, hazırda Ermənistan Azərbaycanla danışıqlara və razılaşmalara daha çox meyillənib:

“Əsas səbəb qlobal trendlərdən kənarda qalmamaq istəyidir. Ermənistan hakimiyyətin işğalçılıq zehniyyətinin qalıqları və qonşulara iddiaları ilə kifayət qədər marginallaşmış ölkədir. Eyni zamanda, İrəvanda belə bir anlayış var ki, dünya artıq dönməz şəkildə dəyişib və nəqliyyat kommunikasiyalarının açılması, qonşularla sağlam münasibətlərin qurulması, normal iqtisadi inteqrasiyanın başlanması həm regional, həm də qlobal prosesdir.

Hesab edirəm ki, bütün bunlar Ermənistanı tədricən Azərbaycanla münasibətlərə strateji yanaşmaları dəyişməyə doğru aparır. Ancaq bir daha qeyd etmək istəyirəm ki, sülh müqaviləsinin imzalanmasına hələ xeyli vaxt var. Uzun, mərhələli proses əvəzinə hər hansı sıçrayış gözləməyə gərək yoxdur”.

Tarix
2023.07.14 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla