Yuxarı

İlham Əliyev institut əməkdaşlarını təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev institut əməkdaşlarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarına təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Sizi – Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarını institutunuzun 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və xalqımızın sağlamlığının qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu yarandığı vaxtdan bəri ötən müddət ərzində nailiyyətlərlə dolu zəngin və şərəfli bir yol keçmişdir. İnstitutun təşəkkülündə böyük xidmətləri olmuş görkəmli alimlərin fədakar əməyi və işıqlı xatirəsi bu yubiley günlərində ehtiramla yad edilir. Onların yaratdıqları ənənələr və formalaşdırdıqları tibbi mühit respublikada səhiyyənin inkişafına misilsiz töhfədir.

Azərbaycanda müntəzəm surətdə gerçəkləşdirilən sosial yönümlü siyasət səhiyyə sisteminin müasirləşməsinə, onun maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsinə xidmət edir. Həkimlərin təkmilləşdirilməsi, ixtisaslarının artırılması və davamlı tibb təhsilinin təşkili sahəsində mötəbər mərkəz kimi tanınan institutunuz elmin və praktikanın ahəngdar vəhdətinə nail olmuşdur. İnstitut əməkdaşları həyata keçirdikləri tədqiqatlarla, beynəlxalq forumlarda səhiyyənin aktual problemlərinə dair çıxışları ilə Azərbaycan tibb elminin dünyaya inteqrasiyasına təkan verirlər.

Əmin olduğumu bildirirəm ki, səhiyyə sahəsində ölkəmiz qarşısında dayanan vəzifələrin layiqincə yerinə yetirilməsində siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz".

Tarix
2015.12.21 / 15:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla