Yuxarı

Putin Qarabağ problemini həll etməyi qərara alıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Qarabağ problemini həll etməyi qərara alıb

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salmasında fəal iştirak edir.

ANS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi xəbər yayıb. Qurumun sözlərinə əsasən, bunun üçün Rusiya Federasiyası yüksək səviyyədə görüşlər də təşkil etmək fikrindədir.

Dağlıq Qarabağ nizama salınmasının ətrafında qalan mürəkkəb vəziyyəti nəzərə alaraq, Rusiya Federasiyası əlindən gələni edəcək ki, bu məsələ öz həllini tapsın. Bu il də məsələ ilə bağlı bir sıra görüşlər keçirilib. Belə ki, problemlə bağlı Rusiya prezidenti Vladimir Putin apreldə Ermənistana, may ayında isə Azərbaycana səfər edib. Hətta, bu il hər iki ölkənin xarici işlər nazirləri Edvard Nalbadyan və Elmar Məmmədyarov də məsələni həll etmək üçün may ayında Moskvaya da rəsmi səfərdə olublar.

Rusiyanın Xarici İşlər Nazirliyində o da qeyd olunur ki, ATƏT-in Minsk qrupunun ölkə-həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatı münaqişələrin sülh yolu ilə həll edilməsinə inadla çağırış edir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ilin mayın 24-də Rusiyaya səfər edib. O, mayın 25-də rusiyalı həmkarı Sergey Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşüb. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tarix
2015.12.30 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla