Yuxarı

“Bu qurumların ləğvi üçün təklif vermişik” - Zahid Oruc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu qurumların ləğvi üçün təklif vermişik” - Zahid Oruc

Ölkə başçısı tərəfindəndövlət idaretmə sistemində struktur islahatları 2016-cı ildə də davam etdiriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Milli Məclisdə bəzi yararsız dövlət qurumlarının ləğvi təklifi barədə danışarkən deyib. Deputat bildirib ki, Azərbaycan daha optimal saya malik olan hökumət modelinə keçid zərurəti qarşısındadır:

"Biri digərini təkrarlayan qurumların fəaliyyətindən azad olmaq dövləti əlavə yüklərdən xilas edəcək. Faktiki olaraq ölkə rəhbəri tərəfindən daha kəskin və sistemli olaraq belə strukturların fəaliyyətinin yenidən təşkili, birləşdirilməsi və ya ləğvi yönündə addımlar atılmaqdadır. Hazırkı dövrdə Azərbaycan daha optimal saya malik olan hökumət modelinə keçid zərurəti qarşısındadır. ASAN Xidmət adlı inqilabi bir qurumun yaradılması sübuta yetirdi ki, bu gün səsləndirilən bir çox yarlıqlar heç də doğru deyil. Deməli, bir sıra gərəksiz nazirlik, komitə, agentlik və bu xarakterli dövlət qurumlarından xilas olmağın zamanıdır".

Millət vəkilinin sözlərinə görə, bir neçə nazirlik, o cümlədən komitələrin üzərində qərar verilməsi hazırda Milli Məclisin qarşısındadır:

"Bir müddət öncə bu məsələyə aydınlıq gətirmiş, nə üçün adçəkmədiyimi də vurğulamışdım. Lakin ən azı bir-iki məsələni qeyd etmişdim. Baxın, bu gün Kənd Təsərrüfatı Nazirliyiilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ayrı-ayrı qurumlardır. Halbuki vahid bir təşkilat halında ola bilərdi. O cümlədən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinin bir şöbəsi şəklində də fəaliyyət göstərə bilər. Bu fikirləri adını çəkməyəcəyim başqa qurumlara da şamil etmək olar. Belə qurumların sərəncamında olan obyektlərin özəlləşməsi və yaxud da idarəetməyə verilməsi ilə bağlı təkliflərimizidə vermişik. Ölkə başçısı tərəfindən dövlət idaretmə sistemində struktur islahatları 2016-cı ildə də davam etdiriləcək. Əminəm ki, Azərbaycan gələcəkdə məhdud, daha dəqiq səlahiyyətləri olan, insanlar üzərində müxtəlif qara ödənişlər tələb etməyən hökumət strukturlarına malik olacaq".

Qeyd edək ki, Zahid Oruc Milli Məclisin 29 dekabr iclasındakı çıxışında lazımsız dövlət komitə və agentliklərinin ləğv olunması təklifini verib.

Tarix
2016.01.01 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla