Yuxarı

Yeni tikililərin qiyməti ucuzlaşır - Vergi ləğvi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni tikililərin qiyməti ucuzlaşır - Vergi ləğvi

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən vergi tutulmasının yeni qaydaları qüvvəyə minib.

Publika.az xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minən qaydalara əsasən, bina tikintisi ilə məşğul olanlar vergini daha sadə şəkildə ödəyəcəklər.

Belə ki, indiyədək qüvvədə olan qaydalara görə, bina tikən şirkətlər həm hər kvadratmetrə görə minimum satış qiyməti olaraq 225 manat götürülməklə (eləcə də müvafiq əmsallar nəzərə alınmaqla) ƏDV, eyni zamanda hər kvadratmetr üçün 10 manat götürülməklə (müvafiq əmsallar nəzərə alınmaqla) sadələşdirilmiş vergi ödəməli idilər. Yeni qaydalara görə isə binatikənlər üçün ƏDV ləğv edilir. Bu şirkətlər binadakı mənzillərin hər kvadratmetr üçün 45 manat, qeyri yaşayış sahələrinin hər kvadratmetri üçün isə 67,5 manat vergi ödəməli olacaqlar (əmsallar nəzərə alınmaqla).

Artıq Vergilər Nazirliyi "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması Qaydası"nı təsdiqləyib. Qaydalara əsasən, tikinti şirkəti sadələşdirilmiş vergi üsulunu seçdiyi halda əvvəlki illər üçün hesablanmış ƏDV azaldılır.

Bu zaman şirkətin ilin sonuna təqdim etdiyi hesabat nəzərə alınacaq.

Tarix
2016.01.05 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla