Yuxarı

Analitik: “Neftin qiyməti 250 dollara qalxa bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Analitik: “Neftin qiyməti 250 dollara qalxa bilər”

Səudiyyə Ərəbistanı və İran arasında birbaşa konflikt neftin qiymətinin 250 dollara qədər qalxmasına səbəb ola bilər.

Axar.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu "Oylprays" internet nəşrinin analitiki Ceyms Stefford öz yazısında bildirib.

Analitik iki ölkə arasında baş verə biləcək müharibənin neftin təchizatında problemlər yaradacağını deyib:

"İki ölkə arasında birbaşa münaqişə neftin təchizatında problemlər yaradacaq. Bu isə neft bazarına öz təsirini göstərəcək. Belə olan halda qiymətlər 250 dollara qədər qalxa bilər. Lakin sonradan 100 dollara qədər düşəcək".

"Ər-Riyad və Tehranın bir-birlərinin neft buruqlarına hücumu qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər", - analitik əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Ər-Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.

Tarix
2016.01.13 / 16:05
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla