Yuxarı

Tiflisin ikibaşlı qaz oyunu: Bakıya qarşı naxələflik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisin ikibaşlı qaz oyunu: Bakıya qarşı naxələflik

Gürcüstan ikibaşlı oyun qaydalarını işə salıb, hətta gizli məsləhətləşmələr apararaq enerji daşıyıcıların alışında yeni planlar cızır.

Bu barədə Axar.az-a politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, qaz bazarında yerdəyişmələr, yeni konyukturanın formalaşması çoxdan təxmin edilirdi:

"Gürcüstanın son addımları rəsmi Tiflisin geosiyasi gedişləri ilə reqlamentləşdirilir. Hətta Tiflis Moskva ilə münasibətlərin tənzimlənməsi istiqamətində Rusiya qazının alıcısına çevrilə biləcəyini bəyan edib. Gürcüstan ikibaşlı oyun qaydalarını işə salıb və hətta gizli məsləhətləşmələr apararaq enerji daşıyıcıların alışında yeni planlar cızır. Təəssüf ki, İsveçrədə aparılmış gizli danışıqlara qədər də Tiflis digər ölkələrin nümayəndələri ilə qapalı görüşlər keçirib".

Politoloq bildirib ki, bu cür arzuolunmaz və təhlükəli gedişlər ikitərəfli münasibətlərin sağlam kontekstinə ziddir:

"Rusiya-Abxaziya-Ermənistan dəmir yolu xəttinin bərpası planı gündəmə gələndə rəsmi Bakı buna sərt reaksiya verməklə vəziyyəti tarazladı. Lakin görünür, qonşu ölkədə Azərbaycan maraqlarına zidd kurs yeridən qüvvələr məkrli planlarından vaz keçməyiblər. Bəzi gürcü siyasiləri isə Azərbaycanın xoş münasibətindən sui-istifadə etməyi özləri üçün münasib sayırlar. Əgər Gürcüstan Azərbaycan qazından qiymət bəhanəsi ilə imtina edərsə, onda bu münasibətlərdə müvafiq əksini tapacaq".

Tarix
2016.01.13 / 16:39
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla